Azərbaycandakı banklar 2025-ci ilin yanvar-avqust ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 827.5 milyon manatlıq faiz ödəyiblər.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 257.1 milyon manat və ya 45% artıb.
2024-cü ilin ilk 8 ayında banklar 570.4 milyon manatlıq depozit faizləri ödəmişdilər.