Azərbaycandakı banklar 2024-cü ilin yanvar-avqust ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 570.4 milyon manatlıq faiz ödəyiblər.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 175.2 milyon manat və ya 44.3% artıb.
2023-cü ilin ilk 8 ayında banklar 395.2 milyon manatlıq depozit faizləri ödəmişdilər.