8 C
Baku
Monday, November 18, 2024

Banklar arasındakı rəqabət istehlak kreditlərininin faizlərini düşməsinə səbəb olub – Rəsmi

2022-ci ilin son rübündə banklarla rəqabətin ipoteka kreditləri üzrə kredit standartlarına yumşaldıcı təsiri əvvəlki rüblərlə müqayisədə aşağı olmuşdur.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində qeyd edilir.

Sorğuya əsasən iqtisadi gözləntilər ipoteka kreditləri üzrə standartlara sərtləşdirici təsir göstərən əsas faktorlardır.

098098

AMB əlavə edir ki, banklarla rəqabət istehlak kreditləşməsi üzrə kredit standartlarına yumşaldıcı təsir edən əsas faktor olaraq çıxış edir. İqtisadi gözləntilər istehlak kreditləri üzrə kredit standartlarına sərtləşdirici təsir göstərib.

2022-ci ilin 4-cü rübündə ipoteka və istehlak kreditlərinin verilmə şərtlərində bütün faktorlar üzrə yumşalmalar müşahidə edilib. Belə ki, yumşalma istehlak kreditləri üzrə faiz dərəcəsi, komissiya və kreditin maksimal müddəti, ipoteka kreditlərində isə faiz dərəcəsi və təminat şərtləri üzrə olunub.

234423424242423423

2022-ci ilin 4-cü rübündə istehlak və ipoteka kreditləri üzrə tələb artmışdır. Tələb artımının əsas drayverləri rəqəmsallaşma, istehlakçı əminliyi və faiz dərəcəsi dəyişiklikləri olunub.

2022-ci 4-cü rübü üzrə sorğu nəticələrinə əsasən əhalinin borclanma səviyyəsində artım müşahidə edilib. Belə ki, sorğuya əsasən bankların 48%-i əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsə də, bankların 52%-i əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını bildirilib.

Son xəbərlər
Digər xəbərlər