1 C
Baku
Saturday, December 14, 2024

Banklar Assosiasiyasının prezidenti maliyyə qurumlarına müraciət etdi

Maliyyə sektorunda nağdsız hesablaşmaların çəkisinin artması bank sistemində əlavə maliyyə resursların yaranmasına şərait yaradır və bankların investisiya potensialını genişləndirir.

Bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirib.

O, nağdsız ödənişlərin inkişaf etdirilməsi istiqamətində koordinasiyalı fəaliyyətin zəruriliyini vurğulayaraq qeyd edib ki, nağdsız hesablaşmalarla bağlı həm bankların, həm də son istifadəçilərin xərclərinin azaldılması bu sahəyə marağı artıracaq.

Z.Nuriyev əhaliyə göstərilən xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaq üçün bankomat şəbəkələrindən qarşılıqlı xidmət haqqının minimallaşdırılması və ya tətbiq edilməməsi şərti ilə istifadə imkanlarının yaradılmasını banklara tövsiyə edib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər