23 C
Baku
Saturday, July 6, 2024

Banklar Assosiyasiyası yayılan yanlış xəbərlərə aydınlıq gətirdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) Yalta şəhərində keçirildiyi iddia edilən iqtisadi forumda iştirak etməyib.

Banker.az bu barədə ABA-nın yaydığı rəsmi məlumata istinadən xəbər verir.

“Bəzi mətbu orqanlarda Azərbaycan Banklar Assosiasiyasının nümayəndələrinin 20-22 aprel 2017-ci il tarixində Yalta şəhərində keçirildiyi iddia edilən iqtisadi forumda iştirak etdiyi ilə bağlı yanlış xəbərlər yayılmışdır.” -deyə məlumatda bildirilir.

Qurum bildirir ki, bu xəbərlər tamamilə əsassızdır və ABA-nın heç bir nümayəndəsi Yalta şəhərində nə 20-22 aprel 2017-ci il, nə də başqa bir tarixdə keçirilən hər hansı bir tədbirdə iştirak etməmişdir.

Xatırladaq ki, bəzi KİV-də yayılan məlumatlara görə, Ukrayna Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında bu ölkənin Baş Prokurorluğu Rusiya tərəfindən ilhaq olunmuş Krım bölgəsinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak edənlərlə bağlı istintaq hərəkətlərinə başlandığı bildirilmişdi.

İqtisadi forumun iştirakçıları Ukraynanın işğal altında olan ərazilərinə daxil olma qaydalarını pozmaqda təqsirli bilinirdilər. Forumun iştirakçıları arasında yanlış olaraq Azərbaycanın 17 iri dövlət və özəl şirkətlərinin adı hallınmışdı.

Son xəbərlər
Digər xəbərlər