-3 C
Baku
Sunday, December 15, 2024

Banklar avqusta kredit portfellərini 100 mln. artırdılar

Azərbaycanın bank sektorunun kredit portfelinin həcmi 1 sentyabr tarixinə 14 304.2 mln. (14.3 mlrd. manat) olub. Bu isə son bir ay ərzində 99.7 mln. manat artım və ya 0.7% artım deməkdir.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 1 sentyabr 2020-ci il tarixinə olan göstəricidə qeyd edilib.

Bankların kredit portfelinin 12 966 mln. manatı isə xalis kreditlər təşkil edib.

Bankların aktivləri isə son iki aydan sonra yenidən əvvəlki 31 mlrd. manat üzərinə yüksələ bilib. Hesabat dövründə bankların aktivlərinin həcmi 31 065.9 mln. manat təşkil edib.

Aktivlərin banklar və maliyyə institlarında  depozitləri 3 010.3 mln. manat, kreditləri isə 4 544.4 mln. manat olub.

Aktivlərin 4 544.4 mln. manatı isə qiymətli kağızlar olmuşdur.

Son xəbərlər
Digər xəbərlər