1 May tarixində Azərbaycanda 2,642 min ədəd bankomat quraşdırılıb.
Banker.az xəbər verir ki, cari ilin əvvəlindən bankomatların sayı 1,3% artıb. Quraşdırılan bankomatlardan 1 484 ədədi Bakıda, 1 158 ədədi isə regionlardadır.
2015-ci ilin yanvar-aprel aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında əhəmiyyətli artım müşahidə olunub. Xüsusilə cari ilin may ayının əvvəlinə onların sayı 78,039 min ədəd təşkil edib.
Bakıda quraşdırılan Pos –terminalların sayında isə azalma olmasına baxmayaraq regionlarda artım müşahidə olunub. Belə ki, Bakıda Post terminalların sayı 49 824 ədəd, regionlarda isə 28 215 ədəd təşkil edib.
Pərakəndə ticarət obyektlərində 76,605 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,2%-i quraşdırılıb.