4 C
Baku
Wednesday, February 12, 2025

AMB: Banklar bayramda işləməyəcək

Məlum olduğu kimi, koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili çərçivəsində ölkədə insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan deyilir.

Bununla bağlı bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) kommersiya bankları fəaliyyət göstərməyəcəklər.

Lakin ixrac və idxalın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərə hesablaşmalar, vergi, rüsum və digər dövlət ödənişlərilə bağlı əməliyyatlar üzrə elektron əsasda xidmətləri davam etdirəcəklər.

Son xəbərlər
Digər xəbərlər