1 C
Baku
Saturday, December 14, 2024

Banklar birləşməyə  hazırdır?

Cari ilin sonuna kimi ölkədə fəaliyyət göstərən kommersiya banklarının nizamnamə kapitalını 50 milyon manata çatdırılması nəzərdə tutulmuşdu. Bu qərarın yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulsa da daha bir ildə uzaldıldı.

Nəzərinizə çatdıraq ki, qanunda nizamnamə kapitalı 50 milyon manat olmayan kommesiya bankları ya bağlanmalı ya da, bank olmayan kredit təşkilatına çevrilməsi tələb kimi qoyulmuşdu.

Burada ən optimal variant isə nizamnamə tələblərinə cavab verə bilməyən bankların birləşməsidir. Bu yolla kiçik banklar öz fəaliyyətlərini yenidən davam etdirə bilər.

Kommersiya bankları isə  müflis olmağı birləşməkdən üstün tuturlar.

Ekspertlərin qənaətinə görə müştərək idarəetməyə banklar özləri maraqlı olmalıdırlar. Bu tip idarəetmə forması heç də uduzmaq anlamına gəlməməlidir.

Ekspertlər qeyd edir ki, bankların sayının 43-ün yerinə 20 olması kifayətdir. Onsuz da 15 bank hələ də Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbinə cavab vermir. Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbinin arxasında bank sektorunun gücləndirilməsi ilə yanaşı, bankların sayının azaldılması dayanır.

Son xəbərlər
Digər xəbərlər