11 C
Baku
Monday, November 25, 2024

Banklar Bitcoin-lə işləməyə başlayır

Almaniyanın Bitcoin.de birjasının rəhbərliyi yerli innovativ Fidor bankı ilə əməkdaşlığa başladığını elan etdi. Bankdan verilən məlumata görə, Bitcoin.de birbaşa olaraq klassik bank sisteminə qoşulan və kriptovalyuta ilə ticarət aparılan ilk platforma oldu.

Bitcoin.de nümayəndələri isə qeyd edirlər ki, belə bir addım virtual valyuta ilə həyata keçirilən əməliyyatlara əhəmiyyətli dərəcədə təkan verə bilər. Məsələn, Bitcoin-lə avronun mübadiləsi indi cəmi bir neçə saniyə tələb edəcək. Bunun üçün isə müqavilənin hər iki iştirakçısı göstərilən bankda hesaba malik olmalıdırlar.

Tranzaksiyanın sürətindən əlavə, bu partnyorluq istifadəçiləri əlavə yüksək təhlükəsizlik ilə də təmin edəcək. Bitcoin.de-dən kriptovalyuta əldə edən bütün istifadəçilərin vəsaitləri alman maliyyə təşkilatı Fidor-un hesablarında qorunacaq.

Son xəbərlər
Digər xəbərlər