15 C
Baku
Saturday, October 19, 2024

Banklar Bloomberg-ə rəqib yaradır

Wall-Street-də bank icması real zamanda ismarıc mübadiləsi üçün şəxsi messencerini yaratdı. Maliyyə təşkilatlarının rəhbərləri belə hesab edirlər ki, bu servis Bloomberg agentliyinin treyderlər arasındakı ani əlaqələrə təsirini zəiflədəcək.

Bloomberg  2013-cü ilin may ayına qədər treyderlər üçün məlumat mübadiləsi sahəsində dominant mövqeyə sahib idi. Təşkilatın ştat jurnalistlərinin terminalların beynəlxalq şəbəkəsinə girişini təmin etdiyi məlum olduqda avtoriteti zədələnmişdi.

Bununla əlaqədar olaraq Goldman Sachs digər Wall-Street maliyyə təşkilatları ilə birgə şəxsi Symphony Communications adlı servisini yaratdı.

Symphony Communications-ı artıq “Banklar üçün WhatsApp” adlandırılar. Sistemin beta versiyasından 30 min əməkdaş istifadə edir. Sistemin tam olaraq istifadəyə verilməsi tarixi isə 3 avqust olaraq qeyd edilir. Qeyd edək ki, maliyyə təşkilatları yeni sistemin yaradılmasına 70 milyon dollar yatırıb.

Son xəbərlər
Digər xəbərlər