4 C
Baku
Friday, March 29, 2024

Banklar cərimə olundu

Fransanın BNP Paribas bankı ABŞ hökumət qüvvələrinə rekord məbləğ hesab edilən 8,9 milyard dollar ödəməyə razılıq verdi. Qeyd edək ki, nəhəng bankın cərimə olunmasına səbəb bir neçə ölkələrə qarşı təyin edilmiş sanksiya qaydalarına əməl edilməməsidir. Bununla da, bank ABŞ hökumət qüvvələrinə iri həcmli cərimə ödəyən maliyyə təşkilatları sırasına qoşuldu.

Bundan əvvəl isə, İsveçrənin Credit Suisse bankı ABŞ vəətndaşlarına vergidən yayınmaqda kömək etdiyini etiraf etmişdi. Mübahisənin həll edilməsi çərçivəsində bank Amerika hökumətinə 2,6 milyard dollar cərimə ödəməyə razılıq vermişdi.

The New York Times-ın verdiyi məlumata görə 20 il ərzində ilk dəfədir ki, məşhur bank özünün təqsirkar olduğunu etiraf etmişdir. Sonuncu dəfə 1989-cu ildə Drexel Burnham Lambert şirkəti qanun pozuntusuna yol verdiyini etiraf etmişdi.

Son xəbərlər
Digər xəbərlər