34 C
Baku
Sunday, July 20, 2025

Banklar cari ilin ilk yarısında 578 mln. manat xalis mənfəət əldə ediblər

Azərbaycan bankları 2025-ci ilin ilk yarısında 2 milyard 370.81 milyon manat faiz  gəliri əldə etməklə keçən illə müqayisədə gəlirlərini 21 faiz artırmış olub.

Bunu Banker.az bankların təqdim etdiyi ilkin maliyyə göstəricilərini hesablayaraq bu nəticəyə gəlib.

Ötən ilin eyni dövründə ölkənin bank sektoru 1 milyard 962.9 milyon manat faiz gəliri əldə etmişdilər.

Bankların faiz xərcləri 853.7 mln. manat, qeyri-faiz gəlirləri 900.7 mln. manat, qeyri-faiz xərcləri isə 1 milyard 503.7 milyon manat təşkil edib.

Bununla da bank sektoru ilk yarımildə 914.1 mln. manat əməliyyat mənfəəti əldə edib.

Bankların xalis mənfəəti isə 578.3 mln. manat olmaqla öncəki ildən 5.8 faiz azdır. Öncəki ildə 614 mln. manat xalis mənfəət əldə edilmişdi.

Sektorun cəmi aktivlərinin həcmi 54 milyard 855.6 milyon manat təşkil edib. Halbuki, öncəki ildə bu rəqəm 50 milyard 328.1 milyon manat idi.

43534

Son xəbərlər
Digər xəbərlər