27 C
Baku
Friday, July 19, 2024

Banklar daxili ipoteka kreditini artıra-artıra gedirlər

Azərbaycanda ipoteka kreditləri həcmi 2023-cü ilin aprel ayında da artmanı davam etdirdi.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ipoteka kreditləri həcmi 74.6 mln. manat və ya 2.4% artımla 3 mlrd. 199.3 mln. manata yüksəldi.

Bildirilir ki, dövlət büdcəsindən ipoteka üçün 2023-cü ilin yanvar-aprel ayları ərzində İpoteka və Kredit Zəmanəti Fonduna ayrılmış  vəsait öncəki ilin eyni dövrü ilə müqayisədə bu il 8% az olmaqla cəmi 43.9 mln. manat olsa da, Fond və banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi yüksəlib.

Fond tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8% artaraq 108.3 mln. manata yüksəlib.

İlin ilk dörd ayında banklar öz hesablarına 165 mln. manat həcmində ipoteka krediti veriblər və bu da illik müqayisədə 5% yuxarı göstəricidir.

İpoteka krediti faizləri dəyişməz olaraq ortalama 6.34%-də sabit qalıb.

İKZF-in ikinci ən böyük maliyyə mənbəsi ipoteka istiqrazlarını emissiya etməklə gəlir. Fond ilin yalnız aprelində 100 mln. manat həcmində bu istiqrazları buraxmaqla vəsait əldə edib. Öncəki ildən 11% çoxdur.

AMB onu da açıqlayır ki, bankların 1 may 2023-cü il tarixinə qeyri-işlək 44.9 mln. manatlıq ipoteka krediti var və bu ümumi ipoteka portfelinin 1.4%-ni təşkil edir. Aşağı-yuxarı son 5 ayda dəyişməz qalır.

Bu sosialyönümlü kreditlər üzrə bazarın ən önəmli 5 fiqurları ABB, Kapital Bank, Xalq Bank, BTB Bank və Azər Türk Bank-dır.

1 aprel 2023-cü il tarixinə:

u32r3423

Son xəbərlər
Digər xəbərlər