31 C
Baku
Thursday, July 18, 2024

Banklar daxili ipoteka kreditlərini artırmaqdadırlar – ilk 6 aya ₼244 mln.

Banklar daxili ipoteka kreditlərini bir qədər də artırıblar və 2023-cü ilin ilk 6 ayında 243.7 milyon manat ipoteka krediti ayırıblar.

Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının icmal göstəricilərində deyilir.

Daxili ipoteka kreditlərinin həcmi illik müqayisədə 26.8 mln. manat və ya 12% artıb.

Bu il İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən banklara verilən yenidənmaliyyələşmə kreditlərinin həcmi illik müqayisədə 23.5 mln. manat və ya 12% artaraq 211.8 mln. manata qalxıb. Dövlət büdcəsindən Fonda ayrılan vəsaitlərin həcmi də illik müqayisədə 8% azalıb və ilin ilk 6 ayında 43.9 mln. manat vəsait ayrılıb.

2023-cü ilin əvvəli ilə müqayisədə ipoteka kreditlərinin həcmi  335.8 mln. manat və ya 11% artaraq 3 mlrd. 321 mln. manata yüksəlib.

Bu artımlar gözlənilən idi. Belə ki, AMB-nin ilk rüb üzrə kredit sorğusunun nəticəsinə əsasən, banklar 2023-cü ilin ikinci rübündə həm biznes, həm istehlak, həm də ipoteka kreditləri üzrə tələbin artacağını gözləyirlərdilər. Həmçinin ikinci rübdə şərtlərind də bir qədər yumşalacağı qeyd edilirdi.

2023-ci ilin ilk yarısında ipoteka kreditlərinə tələb yüksək olaraq qalır. Tələbin artımının əsas drayverləri daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər, faiz dərəcələri, habelə, rəqəmsallaşmadır.

İKZF-in kapital bazarından cəlb etdiyi ipoteka istiqrazları üzrə həcmi isə illik müqayisədə 8% artaraq 140 mln. manat olub.

 

Son xəbərlər
Digər xəbərlər