10 C
Baku
Monday, January 13, 2025

Banklar daxili ipoteka kreditlərini sərtləşdirirlər, lakin bir gözləri MİDA-nın yeni binalarına yönəlib

2024-cü il III rüb üzrə nəticələrinə əsasən Azərbaycanda ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın təqdim etdiyi cari ilin III rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb.

Bildirilir ki, sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olub. İpoteka və Kredit Zəmanət Fondu – İKZF hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməyib. Banklar növbəti rübdə  həm İKZF hesabına  verilən kreditlər, həm də daxili ipoteka kreditləri üzrə kredit   standartlarında dəyişiklik olmayacağını gözləyirlər.

2024-cü ilin III rübündə cəmi ipoteka kreditlərinə tələb azalıb. Respondentlərin cavablarına görə tələbdəki azalmanın əsas drayveri daxili ipoteka kreditləri  olmuşdur. Banklar tələbin azalmasına təsir göstərən faktor kimi faiz dərəcələrinin artımını göstərmişdir. Bankların gözləntilərinə əsasən növbəti rübdə Mənzil İnşaatı Dövlət Agentliyinin regiondakı layihələri üzrə mənzillərin kütləvi satışı fonunda ipoteka kreditlərinə tələb artacaq.

Bankların sorğuda qeyd etdiyi cavablara görə ipoteka kreditləri üzrə kredit standartlarına bankların kapital və likvidlik mövqeyi sərtləşdirici təsir göstərən faktorlar olub. Əvvəlki rüblə müqayisədə bankların likvidlik mövqeyi kredit standardlarına daha çox təsir edib.

111

Son xəbərlər
Digər xəbərlər