15 C
Baku
Saturday, April 20, 2024

Banklar depozit faizlərini artırmaq üçün yeni mexanizm tətbiq edirlər

Azərbaycanda son dövrlər devalvasiyaların baş verməsi nəticəsində,depozit bazarında balansın pozulması heç kəsə sirr deyil.

Əhalinin kütləvi olaraq manat depozitlərini dollar əmanətinə çevirməsi prosesi, nəticədə xarici valyuta üzrə depozit faizlərinin sürətlə düşməsinə səbəb olmuşdur. Hazırda xarici valyuta üzrə faiz dərəcəsi hətta inflyasiyadan aşağı səviyyədədir.

Lakin banklar müştəri itirməmək məqsədi ilə müştərilərə alternativ yol təklif etməyə başlayıblar. Belə ki, müştəri xarici valyuta üzrə əmanət qoymaq niyyətində olduğunda, bank ona 3% sığortalanan əmanət və ya 6% (misal üçün) sığortalanmayan əmanəti seçməsini təklif edirlər. Buda öz növbəsində əmanətləri hazırki durumda nisbətən cəlbəedici edir.

Son xəbərlər
Digər xəbərlər