20 C
Baku
Sunday, October 6, 2024

Banklar dollar satışı və alışını artırıb

Azərbaycanda 2020-ci ilin 9-cu ayı ərzində banklar tərəfindən dolların alışı və satışının həcmi artıb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının ilin sentyabrına olan statistik rəqəmlərinə istinad edir.

Banklar tərəfindən 119.01 mln. ABŞ dolları (aylıq:+ 28.9%), 0.38 mln. İngilis funt sterlinqi (-73.0%), 5.03 mln. avro (-21.9%)  və 1 334.45 mln. Rus rublu (+5.9%) həcmində valyuta qəbul edilib.

Əvəzində isə, 172.65 ABŞ dolları (aylıq:+11.8%), 1.32 mln. İngilis funt sterlinqi (+11.4%), 27.6 mln. avro (+157.5%) və 190.14 mln. Rus rublu (-0.3%) həcmində banklar tərəfindən müştərilərə valyuta satılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin sentyabrında hərraclarda 606.4 mln. dollar həcmində xarici valyuta satışı həyata keçirilmişdi.

Son xəbərlər
Digər xəbərlər