17 C
Baku
Friday, October 18, 2024

Banklar dollar satışını dayandırıb

Banker.az saytı olaraq ölkənin ən aktiv 20 bankı arasında monitorinq apardıq. Araşdırma nəticəsində hazırda demək olar ki, heç bir bankın dollarla kredit verməməsi bəlli oldu.

Bununla yanaşı hazırda bazarda əsas yer alan məlumatlara görə, kreditləşmənin dayanmasına səbəb, bankların növbəti devalvasiya nəticəsində yüksək risklərin olacağından qorxmasıdır. Çünki demək olar ki, hər günün məzənnəsində dolların qiymətinin cüzi də olsa artmasının şahidi oluruq.

Digər səbəb olaraq isə Mərkəzi Bankın bazara cəmi 5 milyon dollar çıxarmasıdır. Lakin ölkədə gündəlik tələbat normalda təxminən 20 milyon dollara bərabər olduğu göstərilir. Ekspertlərin fikrincə isə Mərkəzi Bank-ın dolların qiymətində bahalaşma etməsinə səbəb süni şəkildə dollar alışının qarşısını almağa çalışmasıdır.

Son xəbərlər
Digər xəbərlər