Azərbaycan kommersiya bankları dolların həm satış həm də alış qiymətini ucuzlaşdırdı.
Banker.az-ın ötən günün 16:10 radələri ilə bu günün 10:40 radələrinə olan müqayisəsində, demək olar ki, bankların 80% dolların satış qiymətini ötən iş günü ilə nisbətdə yenidən ucuzlaşdırıblar. Həmin müddətdə, USD/AZN satış kursunu ən çox endirən “Bank Respublika” ASC-dir. Belə ki, ötən iş günü (16:10) dolları 1,7250 manata satsa da bu gün bank 1,45% ucuzlaşdıraraq, 1,7000 manata satır. (…daha çox dəyişikliklə bağlı linkdə)
Banker.azın banklar arasında apardığı monitorinqin nəticəsində , bankların rəsmi məzənnələrini oxucularına təqdim edir. Məzənnələr həm dollar, həmdə avro üçün verilmişdir.
*Mobil ilə daxil olan istifadəçilər cədvələ ekranın “landscape” formasında baxılması tövsiyə olunur.
[table id=452 /]