28 C
Baku
Saturday, July 27, 2024

Banklar dolları hansı şərtlərlə satır – SİYAHI

Bu səhər verilən məlumata görə, dollar satışında limit müəyyən olunub, 500 dollardan yuxarı alışlarda isə müştəri haqqında xüsusi forma doldurulması tələb olunub. Xəbər verdiyimiz kimi, dünən neft qiymətləri 30%-dən çox düşüb. Bu gün isə Brent neftinin qiyməti bahalaşıb və barelinin qiyməti 37.45 dollar olub. (saat 3:03 radələrində).

Banker.az Azərbaycanda fəaliyyət göstərən banklarda dolların necə verildiyini araşdırdı və həmin araşdırmanı təqdim edirik.

Accessbankda satış limiti 50 000 USD təşkil edir.

Bank VTB Azərbaycan – Dollar satışına limit var.  3000 USD hər fiziki şəxs üçün təşkil edir.

AFB Bank – Bir əməliyyat üzrə müştəriyə 500 ABŞ Dolları ekvivalentində nağd valyuta satışı şəxsiyyət vəsiqəsi əsasında icra edillir. Maksimal 8810$-ra civarında məbləğ xüsusi blankı doldurmaq şərti ilə təqdim olunur.

AGbank – Agbankda dollar satışına limit var. Gün ərzində 500 USD. Bir müştəriyə satılan USD-nin maksimal məbləği 500 USD müəyyən edilmişdir. 500 USDən yuxarı verilmir.

Bank Respublika – 10.03.2020 tarixindən etibarən nağd/nağdsız valyuta satışı üzrə limit – 15 000 AZN ekvivalentində təyin olunub.

Azər Türk Bank – 500 USD-a kimi şəxsiyyət vəsiqəsi ilə, 20 000 AZN-ə kimi ərizə doldurub, əldə edə bilərsiniz.

Rabitəbank – 500 USD-a qədər şəxsiyyət vəsiqəsilə, 500 USD-dən yuxarı üçün isə təyinat doldurmaq lazımdır.

Unibank – Bir şəxşə bir gün ərzində 20 000 AZN ekvivalentinədək USD satışı oluna bilər.

Bank BTB – Kassada olduğu qədər satış həyata keçirilir. Xüsusi məbləğ müəyyənləşməyib.

Günaybank – Limit 10.000 dollardır.

Kapital Bank – Bankda da limit var.  500 USD dək (500 usd daxil olmaqla) məbləğ- fiziki şəxslərə şəxsiyyət vəsiqəsi təqdim edilməklə satıla bilər; • 500 USD dən -11750 USD dək (11750 usd daxil olmaqla) məbləğ fiziki şəxslərə şəxsiyyət vəsiqəsi və e-mailə əlavə olunmuş forma doldurulmaqla satıla bilər. Əlavə olunmuş forma mütləq şəkildə müştərinin özü tərəfindən doldurulub imzalanmalıdır; • Bir fiziki şəxsə 11750 USD-dən artıq məbləğ satıla bilməz.

Premium Bank – Dollar satışında limit bankdan asılı olaraq dəyişir. Limitin məbləği Baş ofis 2000 USD, digərləri 500 USD nəzərdə tutulub.

Ziraat Bank – A.R. Mərkəzi Bankının tələbləri əsasında valyuta satışı zamanı məbləğ 500 USD -ni keçdikdə xüsusi formalar doldurulmalı və / və ya məbləğdən asılı olaraq başqa məlumatlar əməliyyat zamanı təqdim edilməlidir.

Amrahbank – Dollar satışına Amrahbank-da hal-hazırda limit tətbiq edilməyib. Kassa imkanları çərçivəsində müştərilə valyuta ilə təmin edilir.

Yapı Kredi Bank – limit 500 USD təşkil edir. 500 USD dən yuxarı verilməsi üçün xüsusi forma doldurmaq lazımdır.

Azərbaycan Beynəlxalq Bank – Limit mövcuddur. Limit 11,500.00 USD təşkil edir.

Turanbank – 500 USD-dən yuxari məhdudiyyət yoxdur. 20 000 manata qədər də anket doldurmaqla müştərilərə satılır.

Expressbank – 500 USD-a kimi şəxsiyyət vəsiqəsi ilə, 20 000 AZN-ə kimi ərizə doldurub, əldə edə bilərsiniz.

Yelo Bank – 500 USD-a kimi şəxsiyyət vəsiqəsi ilə, 20 000 manatadək anket doldurmaqla və şəxsiyyət vəsiqəsi ilə əldə etmək mümkündür.

NBC Bank – Hal-hazırda limit yoxdur. Mərkəzi Banka vəsait verilməsi üçün müraciət olunub, təmin edildikdən sonra dolların satışı olacaq.

Pasha Bank – Limit 500 USD-dək təşkil edir.

Bank of Baku –  500 USD ekvivalentinə qədər (USD, EUR və GBP üzrə nəzərə alınmaqla) valyuta satışı yalnız şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır; – 500 USD ekvivalentindən (500 USD daxil) 20 000 AZN ekvivalentinədək (USD, EUR və GBP üzrə nəzərə alınmaqla) satış əməliyyatları şəxsiyyəti təsdiq edən sənəd əsasında icra edilməli və mütləq şəkildə müştəridən mailə əlavə edilmiş blankın səliqəli formada doldurulması tələb edilir.

Muğanbank – 500 USD şəxsiyyət vəsiqəsiylə əldə etmək mümkündür, bu məbləğdən yuxarı verilmir.

Xalq Bank – Bankda dollar satışı  kassa qalığına əsasən təyin olunur

Bank Avrasiya – Limit yoxdur, amma az məbləğdə satılır.

Azərbaycan Sənaye Bank – ASB-də 500 dollara qədər şəxsiyyət vəsiqəsi ilə 500 dollardan 20.000 azn ekvivalentinədək şəxsiyyət vəsiqəsi + bankın tətbiq etdiyi blank 20.000 azn dən yuxarı isə əlavə məbləğin mənbəyini təsdiq edən sənəd tələb olunur.

Son xəbərlər
Digər xəbərlər