22.8 C
Baku
Monday, October 7, 2024

Banklar “Elektron hökumət” portalı üzərindən xidmət göstərəcək

“Elektron hökumət” portalı üzərindən dövlət qurumları ilə yanaşı, artıq banklar da öz xidmətlərini təklif edir.

Bu bölməyə ilkin olaraq “Bank of Baku” tərəfindən təqdim olunan “Debet kartlarının sifarişi” elektron xidməti əlavə edilib. Tezliklə digər bankların da öz xidmətlərini portala inteqrasiya edəcəkləri gözlənilir.

Əvvəllər nağd hesablaşmaya üstünlük verən vətəndaşlar artıq rahat və təhlükəsiz ödəniş etmək üçün elektron ödənişlərə və debet kartlardan istifadəyə üstünlük verirlər. Bankomat və ya POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən bu texniki vəsait elektron ticarətin mühüm elementidir.

Portal üzərindən bu gün açıq edilmiş “Debet kartlarının sifarişi” elektron xidməti vasitəsilə vətəndaşlar “Bolkart Debet Gənc”, “Bolkart Debet Ailə”, “Bolkart Debet Gold”, “Bolkart Debet Diamond”, “Visa Gold”, “Visa Classic”, “MC Gold”, “MC Standard”, “Maestro” kartlarının sifarişini həyata keçirə bilərlər. Xidmətin portal üzərindən həm qeydiyyatsız, həm də qeydiyyatlı istifadəsi mümkündür.

Distant bank xidmətlərinin portalda toplanılması istifadəçinin xidmət axtarışı qayğısını aradan qaldırmaqla yanaşı, bank əməliyyatlarının elektron təşkilini təmin edəcək.

xeberler.az

Son xəbərlər
Digər xəbərlər