15 C
Baku
Saturday, April 27, 2024

Banklar hər 1 dəqiqədə 50% müştəri itirir

Siz kredit götürmək istəyirsiz və yaxud əmanət yatırmaq niyyətindəsiz. Hansı bankla əməkdaşlıq etsəm daha səmərəli olar düşünürsüz. Eyni zamanda bütün bu məlumatları axtarmaq, bir-bir telefonla zəng edib bank əməkdaşları ilə ünsiyyət qurmağa, onlarınxidmət filiallarına müraciət etmək üçün də vaxtınız məhduddur. Nəzərə almaq lazımdır ki, insanlar öz vaxtlarının hər dəqiqəsinə qənaet edir və yerinə yetirməli olduqları tapşırıqların sürətli həllini axtarırlar. Bu tapşırıqların çoxu – kommunal xərclərin ödənilməsi, kreditin alınması, depozitıərin qoyulması, pul köçürmələri və hesabın açılması – birbaşa banklarla əlaqədardır. İnsanların sürətlə və asanlıqla əldə olunan məlumat və məsləhətlərə ehtiyacı var. Əlbəttə ki, müştəri telefonla danışmaqdansa, üstünlüyü bankların internet səhifələrini axtarmağa verəcək.Telefonla məlumat almaq istəyən şəxs bank işçiləri tərəfindən kobudluqla qarşılanırsa, bu halda da bank potensial müştərini itirir. Bu isə ayrıca məqalənin mövzusudur.

İnternet səhifəsinə ziyarət edən istifadəçini ilk baxışdan rəngarəng tərtibat cəlb edir, amma lazım olmayan məlumatın tapılmaması isə müştəri məyusluğu ilə nəticələnir. Belə ki,

1. Bəzi bankların Web səhifələrinin axtarış bölməsi ya yoxdur, ya da istifadəçinin görməli olduğu yerdə deyil.

2. Bankın  texnoloji yeniliyi barəsində saytda məlumat tapmaq olmur. Statistikaya görə saytın ziyarətçilərinin 70%-qədəri sayta baxmaq üçün 1 dəqiqədən az vaxt sərf edirlər. Əgər ana səhifənin tam yüklənməsi 1 dəqiqədən çoxdursa – bu avtomatik olaraq ziyarətçilərin ən azı 50%-ni itirmək deməkdir.

3. Bankların Web səhifələri statik xarakter daşıyır. Belə ki,  Statik Web səhifələr əsasən təqdimat xarakteri daşıyıb, təşkilat/şirkətin, mal/məhsul/xidmətlərin və digər statik obyektlərin təqdimat səhifəsi olduğundan, baş səhifəyə təqdim olunan obyekt haqqında minimal informasiya yerləşdirilir və linklər vasitəsilə daha geniş məlumatlara çıxış imkanı verilir. Jeykhun Imanov Studio” brendinq və dizayn agentliyinin rəhbəri qeyd edir ki,“Uğurlu veb səhifənin arxasında hər zaman komanda dayanır. Bu komanda təkcə veb səhifəni yaratmır, həm də bankla birlikdə mütəmadi şəkildə bank xidmətlərini veb səhifədə əks etdirir. Onlar daimi olaraq veb səhifəni yeniləyir, tamamlayır və internetdə saytin tanınması üçün fəaliyyət göstərirlər. Bu gün bir çox Azərbaycan banklarının veb sehifəsi bukletləri xatırladır. Onlar müştərilərlə ünsiyyət yaratmırlar, sadəcə məlumat verirlər. Əslində isə, veb səhifə effektiv ünsiyyət vasitəsi ola bilər. Banklar öz veb səhifələri vasitəsilə insanlarla ünsiyyət qurmağı, məsləhətlər verməyi və onlara seçimlərində kömək etməyi, bir sözlə, faydalı olmağı öyrənməlidirlər”.

Statik Web səhifələrdən fərqli olaraq, Dinamik Web səhifələr gündəlik və hər saat dəyişən məlumatlı saytlara aiddir.  Bu məlumatların klientlərə tez çatdırılması üçün məlumatların anonsları baş səhifədə verilir. Məlumatların müxtəlifliyi ilə bağlı baş səhifədə bir neçə, bəzən 10-la dinamik dəyişən seksiyalar mövcud olur. Saytın ziyarətçisi baş səhifədəki minimal məlumatlar əsasında saytda bütün dəyişikləri nəzarətdə saxlaya bilər.  Banklar çalışmalıdırlar ki internet səhifələri statik yox dinamik xarakter daşısın. Dünya təcrübəsindən nümunə gətirək. Belə ki,  hər ay Citibankın veb səhifəsinə yalnız ABŞ-dan 4 milyon, bütün dünyadan isə bundan da çox istifadəçi daxil olur. ToerGroup şirkətinin analitikləri bildirirlər ki, 10 ildən sonra böyük bank şəbəkələrinin əksəriyyəti kütləvi şəkildə öz xidmət ofislərini bağlayacaqlar. Bunun səbəbi onlayn müştərilərinin sayının dayanmadan artmasıdır. Hazırda onların sayı 600 milyondur. Bu o qədər də çox olmasa da, bu rəqəm hər il 20% artır. Beləliklə bankların xidmət filiallarına, telefon zənglərinə və bankomatlara olan tələbat kəsgin şəkildə azalır. Əlbəttə, onlayn xidmətlərin keyfiyyətini artırmaq üçün hələ çox işlər görmək lazımdır. Lakin, o da artıq məlumdur ki, gələcəkdə virtual banklar bütün analoji bank xidmətlərini göstərən filiallara çevriləcəklər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.