Audit dedikdə təbii ki, ilk olaraq ağıla mühasibat və maliyyə haqqında hesabatlar gəlir.
Daha aydın desək, audit- əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.
Audit əsasən daxili və kənar auditdən ibarətdir. Lakin hər iki audit növü bir-birindən fərqlənir.
Daxili audit əsasən idarəetmə nəzarətinin ayrılmaz və mühüm elementi hesab olunur. Daxili audit fəaliyyəti barədə informasiya verir və menecerlərin hesabatlarının düzgünlüyünü təsdiqləyir. Bu auditin vəzifəsi başlıca olaraq ehtiyatların itkisinin qarşısını almaq və müəssisə daxilində zəruri dəyişikliklər aparmaqdır.
Kənar audit isə təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor formaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır. Sərbəst auditorun sərbəstliyi həm qanunvericilik, həm də etik normalarla müəyyənləşdirilir.
Hazırda ölkəmizdə bankların da etirab etdiyi bir neçə audit şirkətləri vardır. Bəs banklarımız hansı audit şirkətlər ilə işləyir?
Aşağıdakı cədvəldə bankların hansı audit şirkətləri ilə işlədiyi haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Bankların adı | Audit Şirkətləri |
Nikoil Bank | Baker Tilly |
Gəncə Bank | Baker Tilly |
Bank Avrasiya | Baker Tilly Azerbaijan |
Xalq Bank | Crowe Horwath |
Bank of Baku | Deloitte Touche |
Beynəlxalq Bank | Deloitte Touche |
Azərbaycan Kredit Bankı | Deloitte Touche |
Bank Respublika | Deloitte Touche |
Ata Bank | Deloitte Touche |
Rabitəbank | Deloitte Touche |
DəmirBank | Deloitte Touche |
Unibank | Deloitte Touche |
Bank VTB | Ernst Young |
Kapital Bank | Ernst Young |
Access Bank | Ernst Young |
Expressbank | Ernst Young |
YapıKredi Bank | Ernst Young |
ASB Bank | Grant Thornton |
Bank Silk Way | Grant Thornton |
Bank of Azerbaijan | HLB Azerbaijan |
Azər-Türk Bank | Kapital Karden |
Zamin Bank | Kapital Karden |
AG Bank | KPMG Azerbaijan |
Bank Standard | KPMG Azerbaijan |
Turan Bank | KPMG Azerbaijan |
Bank Technique | KPMG Azerbaijan |
Amrahbank | PWC (PraysvoterhausKupers) |
AFB Bank | PWC (PraysvoterhausKupers) |
Para Bank | RSM Azerbaijan |
Günay Bank | RSM Azerbaijan |
Deka Bank | RSM Azerbaijan |
Yunayted Kredit | RSM Kapital Karden |