15 C
Baku
Friday, April 26, 2024

Banklar haqqında bunları bilirsinizmi?!

Müəyyən faiz qarşılığında pula ehtiyacı olan insanlara sələmlə pul verən insanlar hələ eramızdan əvvəl VIII əsrdə qədim Babilistanda mövcud idilər. Pulların qorunması üçün onları qəbul edən ilk “müəssisə” isə məbədlər idi. Məsələn, qədim Afina sakinləri öz əmanətlərini Akropol məbədində saxlayırdılar. Orta əsrlərə məxsus avropalılarda isə buy məqsədə xidmət edən müəssisə kilsələr idi.

“Bank” sözü italyan mənşəyə sahibdir. XV-XVI əsrlərdə Venesiya Respublikasında “Banco” sözü ilə (italyan dilindən tərcümədə skamya, stol, piştaxta mənasını verir) sərfaların və sələmçilərin əyləşdikləri skamyanı ifadə edirdilər. Əgər sələmçi öz ödəniş öhdəliyini yerinə yetirə bilmirdisə, bu skamyanı elə onun başında sındırırdılar. Məhz italyan dilində olan “banco rotto” sözü müasir “bankrot” sözünü ifadə edir.

Orta əsrlər Avropasında Roma Papaları faiz qarşılığında borc verməyi qəti olaraq qadağan etmişdilər. Çünki insanların öz həmdinlərinin maliyyə çətinliyindən pul qazanması böyük günah hesab edilirdi. Buna görə də, 1179-cu ildə III Papa Aleksandr sərraflıq və sələmçiliklə məşğul olanları böyük günahkarlar adlandırmışdı. Xristianlıqdan fərqli olaraq, iudaizm inanclı insanların sələmçiliklə məşğul olmasını qadağan etmir. Buna görə də, orta əsr “bankirlərinin” əksəriyyəti yəhudilər idi. Yəhudilərdən fərqli olaraq İslam dinində də, yəni müsəlmanların sələmlə məşğul olması düzgün hesab edilmir. Buna görə də, müsəlman ölkələrindəki banklar faizlə pul vermirlər. Bundan əlavə, İslam bankları alkoqol, tütün, pornoqrafiya və donuz əti ticarətindən əldə edilən gəlirləri əmanət olaraq qəbul etmir, həmçinin qumar oyunlarından əldə edilən gəlirlərlə də işləməməyə çalışırlar.

Dünyada fəaliyyət göstərən ən qədim bank İtaliyanın Banca Monte dei Paschi di Siena bankıdır. Bu bank 1472-ci ildə Siena şəhərində açılmışdır. Bu yaxınlara qədər dünyanın ən qədim bankı 1466-cı ildə əsası qoyulan Wegelin & Co bankı hesab edilirdi. Lakin bu bank 2013-cü ilin yanvar ayında öz fəaliyyətini dayandırdı.

Maraqlıdır ki, İtaliyanın şimalında yerləşən banklar fermerlərə pendir girov qoyulması qarşılığında kredit verirlər. Banklar ilkin mərhələdə olan parmezan pendirini tam “yetişənə” qədər 2-3 il xüsusi hücrələrdə saxlayır. Əgər fermer vəd verdiyi zamanda krediti ödəyə bilməzsə bank həmin pendiri sataraq öz zərərini ödəyir.

Müasir İsveçrədə özündə 52 trilyn ABŞ dolları qoruyan təqribən 400-ə yaxın bank fəaliyyət göstərir. Maraqlıdır ki, bu banklardan birində 1902-ci ildə V.İ.Lenin adına açılmış və 13 isveçrə frankına sahib hesab var. Bu hesab hələ də boşaldılmayıb.

Ginnesin rekordlar kitabına inansaq, dünyanın ən külli miqdarda bank oğurluğu 1945-ci ildə Almaniyada Reyxsbankdan külli miqdarda qiymətli əşyaların çıxarılması idi. Bu zaman III Reyxin qızıl ehtiyatının böyük hissəsi naməlum istiqamətdə aparılmışdı. Yox əgər klassik bank oğurluğu barəsində danışsaq, 12 iyul 1987-ci ildə Londonda Knightsbridge bankının qarət edilməsi ən nəhəng bank oğurluğu statusuna sahibdir. Bu zaman oğrular 112,9 milyon dollar apara bilmişdilər. Oğrular heç kəsin onlara mane olmaması üçün bankın girişində belə bir lövhə yerləşdirmişlər: “Bank müvəqqəti olaraq bağlıdır”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər