Banklar haqqında maraqlı faktlar

«Banco» — italyan dilindən tərcümədə pul stolu deməkdir. Tarixçilərin məlumatına görə, bu növdə olan ilk bank müəssisələri qədimi Babilistanda hələ bizim eradan 2 min il əvvəl peyda olub.

Bu gün hamının yaxşı tanıdığı pul köçürmələri sistemi 1851-ci ildə fəaliyyət göstərməyə başlayıb.

1157-ci ildə Venessiyada ilk özəl bank qapılarını öz müştərilərinin üzünə açıb.

1781-ci ildə Amerikada, «BankofNorthAmerica»-nın ilk filialı açılmışdır, o bu günə qədər fasiləsiz olaraq müştərilərə xidmət göstərməkdə və kreditlər verməkdə davam edir.

Cənubi Amerikada yerləşən banklar ənənəvi mühafizə sistemi ilə yanaşı, həm də içərisində bibərli sprey olan xüsusi balonlarla təchiz edilmişdir.

Yaponiya kimi yüksək texnologiyalar ilə təchiz olunmuş bir ölkədə bankomatlar əhalinin sağlamlığının “qeydinə qalır”. Banknotları istifadəçiyə verməzdən öncə bankomatlar yüksək temperatur vasitəsi ilə kupyuraları dezinfeksiya edir. Kağız pul nişanları cəmi 1/10 saniyə ərzində Farenqeyt üzrə 392 dərəcəyə qədər qızdırılır.

Statistika göstərir ki, bütün bankomat istifadəçilərindən yalnız 5,3%-i özünə əziyyət verib, aparatdan aldığı banknotların hesabının düzgünlüyünü yoxlamır.

Macarıstanın 1946-ci ildə, 100 milyon nüsxədə buraxılmış B-Pengo kupyurası hazırda mövcud olan kupyuralardan ən böyüyü kimi tanınıb. Amma amerikan valyutası ilə hesabladıqda bu böyük pul kağızı cəmi 2 sentə bərabər idi.

1994-cü ildə Mərakeşdə dünyanın ən balaca kupyurası emissiya edilib, kupyuranın ölçüsü 41×32 milli metr idi.

Dünyanın 34 ölkəsində milli valyuta üzərində Kraliça İkinci Elizabetin şəkli təsvir olunub. Dünyada bir adambaşına ən çox bankomat İspaniyada düşür (yəqin ki, borc böhranından sonra vəziyyət dəyişib).

Statistika məlumatları: Ən çox bank qarətləri həftənin cümə günləri, saat 9-11 radələrində baş verir. Əksər bank qarətçilərinin fikrinə əsasən (amma yanlış olaraq) məhz bu zaman kəsiyində bank kassalarında daha çox nağd pul olmalıdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.