26 C
Baku
Thursday, May 30, 2024

“Banklar haqqında” qanuna əcnəbi əmanətçilərlə bağlı dəyişiklik layihəsi qəbul edilib

Parlament “Banklar haqqında” qanuna əcnəbi əmanətçilərlə bağlı dəyişikliyi III oxunuşda qəbul edib.

Təklif edilən dəyişiklik Azərbaycanın ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatların təqdim edilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, qanunun 41.2-ci maddəsinə Azərbaycan Respublikasında fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilməsi ilə bağlı abzas əlavə edilib.

Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun layihəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq üçün banklarda ən azı 200 min manat depozitə sahib olmalıdır. Müvəqqəti yaşamaq icazənin alınması üçün 100 min manat məbləğində depozit məqbul hesab edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər