“Banklar haqqında” qanuna yenidən dəyişiklik edilə bilər

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  11 may 2018-ci il tarixli iclasının gündəliyini açıqlayıb. Bu barədə banker.az-a MM-dən məlumat daxil olub.

Məlumata görə, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi bu gün müzakirəyə çıxarılacaq.

Bundan əlavə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında hesabat veriləcəkdir.

Digər, “Poçt haqqında”,  “Qiymətli metallar və qiymətli daşlar haqqında”,  “Sığorta fəaliyyəti haqqında” , “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə müzakirələr aparılacaq.