10 C
Baku
Wednesday, November 27, 2024

“Banklar haqqında” Qanunda dəyişiklik edilib

Banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin “Banklar haqqında” Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil edilir.

Bu fikri aprelin 3-də Milli Məclisin plenar iclasında parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Komitə sədri bildirib ki, banklar tərəfindən borcalanlar barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Qanunla tənzimlənir. “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi “Kredit büroları haqqında” 2016-cı il 28 oktyabr tarixli Qanunun tətbiqi ilə əlaqədar hazırlanıb. Layihə banklar tərəfindən borcalanlar haqqında məlumatın mərkəzləşdirilmiş kredit reyestrinə verilməsi mexanizmini dəqiqləşdirmək, eləcə də reyestrdə toplanan məlumatların qorunmasını təmin etmək məqsədi daşıyır.

Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər. Layihə səsə qoyularaq qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər