10 C
Baku
Saturday, December 21, 2024

Banklar ilin ilk yarısında 2.8 mlrd. gəlirə qarşı 614 mln. manat xalis mənfəət əldə ediblər

2024-cü ilin yanvar–iyun ayında Azərbaycan bankları tərəfindən 614 mln. manat xalis mənfəət, 875.5 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilib.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Halbuki, keçən ilin müvafiq dövründə banklar 563.3 mln. manat xalis mənfəət, 772.3 mln. manat əməliyyat mənfəəti etmişdilər.

Cari ilin 6 ayında banklar tərəfindən ümumilikdə 124.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib.

Bankların ümumilikdə gəlirləri 2 mlrd. 762.7 mln. manat təşkil edib. Öncəki ilin müvafiq dövründəki ümumi gəlirlər 2 mlrd. 267.2 mln. manat idi.

23432432423 2 4

Son xəbərlər
Digər xəbərlər