Banklar ilk yarım ili necə bitirdi? – İCMAL GÖSTƏRİCİLƏR

2026-cı ilin ikinci rübünün yekunlarına əsasən, Azərbaycanın bank sektoru əsas maliyyə göstəriciləri üzrə artımı davam etdirib. Banker.az-ın bankların maliyyə hesabatları əsasında apardığı hesablamalara görə, sektorun aktivləri, kredit portfeli, depozitlər, fiziki şəxslərin əmanətləri, kapitalı və gəlirləri yüksəlib. Bank sektorunun cəmi aktivləri 2026-cı ilin birinci rübünün sonuna 60 milyard 901 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% çoxdur.

2026-cı ilin ikinci rübünün sonunda bankların ümumi kredit portfeli 31 milyard 814,5 milyon manata çataraq ilin əvvəli ilə müqayisədə 6,8% artıb. Kredit portfelinin strukturunda biznes kreditləri 17 milyard 173,9 milyon manata yüksəlib (+6,9%), istehlak kreditləri 9 milyard 917,3 milyon manata çatıb (+6,5%), ipoteka kreditləri isə 4 milyard 723,2 milyon manat olub (+7%).

Bank sektorunun ümumi depozit portfeli 2026-cı il iyulun 1-nə 39 milyard 743,2 milyon manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 4,4% və ya 1 milyard 656,9 milyon manat artıb.

Eyni tarixə banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 17 milyard 379,1 milyon manata çatıb. Bu göstərici ikinci rübdə birinci rüblə müqayisədə 4,8% və ya 791,7 milyon manat artaraq əhalinin banklara etimadının gücləndiyini göstərib.

Bank sektorunun cəmi kapitalı 2026-cı il iyulun 1-nə 7 milyard 609,8 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6% və ya 730,1 milyon manat çoxdur.

2026-cı ilin ikinci rübündə bankların cəmi gəlirləri (faiz və qeyri-faiz gəlirlərinin cəmi) 3 milyard 732,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15% artım deməkdir.

54

3423432423423

 

43243432423435353434

534534345353489 1mz 06 20269898

re345345 1

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər