7 C
Baku
Sunday, December 15, 2024

Banklar insan obrazlı robotlarla işə başlayır

The Telegraph nəşrinin verdiyi məlumata görə Yaponiyanın The Bank of Tokyo — Mitsubishi UFJ bankında insan obrazlı robotlar peyda olacaq. Fransanın Aldebaran Robotics SA şirkəti tərəfindən yaradılan üç barmaqlı NAO androidləri 58 sm boya və 5,4 kq çəkiyə sahibdirlər.

Onlar bank müştərilərinin sualına cavab verə, 19 dildə danışa, insan emosiyalarını tanıya, mimikanı təhlil edə bilirlər.

Burada bank işçisi olan robotun dilindən bunları eşidə bilərsiniz: “Mən sizə valyuta mübadiləsi etməkdə, xaricə pul göndərməkdə, bankda hesab açmaqda kömək edə, həmçinin bankomatın iş prinsipini izah edə bilərəm”.

Nəşrin verdiyi məlumata görə, robotlar bu ilin aprel ayından işə başlayacaqlar.

Son xəbərlər
Digər xəbərlər