“Banklar inteqrasiya olandan sonra hesablara borca görə sərəncam qoyulması məsələsi düzələcək”

0

“Əgər sahibkar olaraq mənim vergiyə borcum varsa və mənim 5 bank hesabım varsa bütün hesablarıma sərəncam qoyulur və bir müddət sonra vəsait bir hesabdan çıxılır və hesablar açılır. Bu kiçik və orta sahibkarlıq üçün böyük bir zərbədir”.

Bunu “Caspian European Club”un icraçı direktoru Telman Əliyev deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

T.Əliyevin şikayətinə Vergilər nazirinin müavini İlkin Vəliyev cavab verib. Nazir müavini sahibkarın şikayəti ilə razılaşıb: “Bütün hesablara sərəncam qoyulması düzgün məsələdir. Düz edib bu məsələni qaldırırsız. Bu gün o problem olaraq qalmaqdadır. Biz bu problemin həllini düşünürük. Bu məsələ ilə bağlı qısa arayış vermək istəyirəm. Yadınıza gəlirsə bir neçə il qabaq hesablardan vəsaitin silinməsi prosesi gedirdi. İndi isə hesablar dondurulur. Vergi nəzarət tədbirlərin aparılması halında hesablar dondurulur və vergi ödəyicisi özü bəyan elədiyi halda borc silinir. Bu gün vergi orqanlarının bütün sərəncamları elektron qaydada gedir və bilmirik ki, hansı vergi orqanlarının hesabında nə qədər vəsait var. Ona görə də mütləq qaydada bütün hesablara sərəncam gedir. Amma bu gün bankların inteqrasiya edilməsi ilə bağlı müzakirələr gedir. Biz hesab üzrə qalığı bildiyimiz halda bir hesaba sərəncam qoymaq həm inzibatçılıq, həm də xərc baxımından rahatdır. Bu həm sahibkarlığın haqlı narazılığına səbəb olmaz. Banklar inteqrasiya olandan sonra biz də o məsələni düzəldəcəyik”.

Report