10 C
Baku
Thursday, December 12, 2024

“Banklar kasıb – əlçatmayan yerlərə getməlidir”

“Azərbaycanda dövlətlə iqtisadiyyat və biznes arasında yeni bir platforma formalaşır”.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədri Elman Rüstəmov bu gün press-konfransda istehlak və biznes kreditləşməsi ilə bağlı şərhində deyib.

“Bu günlərdə bank sektoru yeni iş yeri yaratmalı, kasıb – əlçatmayan yerlərə getməlidir. Ekspertizası və bütövlükdə modellərinin üzünü ora yönəltməlidir. Bu istiqamətdə bizdə kəskin dialoq gedir”, deyə AMB sədri deyib.

Bundan əlavə Rüstəmov bununla bağlı ölkənin bank sektorunun da bu yeni modelləşmə təklifi ilə bağlı “kritik anlaşmasını” gördüyünü deyib: “Bu onların həm bizneslərinin gələcəyi ilə əlaqədardır, həm də dövlətin siyasəti ilə eyni “meinstream” (yəni eyni məcrada) olmaq onlara üstünlüklər vəd edir”.

Son xəbərlər
Digər xəbərlər