17 C
Baku
Saturday, May 18, 2024

Banklar kredit faizləri üzrə 1 milyard manatdan çox gəlir əldə edib

Azərbaycandakı 26 bank 2023-cü ilin yanvar-may aylarında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin 5 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1,020.9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.

Bankların 2022-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 852.8  milyon manat təşkil etmişdir.

Ötən il faizlər üzrə xərcləri isə 335.2 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 245.1 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi  depozitlər üzrə faiz xərcləridir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər