22 C
Baku
Tuesday, May 27, 2025

Banklar kredit faizlərindən ₼1.2 milyard gəlir əldə edib

Azərbaycandakı bankların 2025-ci ilin yanvar-aprel ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk 4 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 207 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur.

Bankların 2024-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 984 milyon manat təşkil etmişdir.

Cari ilin yanvar-aprel ayında faizlər üzrə xərcləri isə 541.5 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

Son xəbərlər
Digər xəbərlər