Azərbaycandakı bankların 2024-cü ilin yanvar-oktyabr aylarında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin 10 ayında bankların kreditlər üzrə faiz gəlirləri 2,518.9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.
Bankların 2023-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 2,101.8 milyon manat təşkil etmişdir.
Yanvar-oktyabr ayında faizlər üzrə xərcləri isə 969.4 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.