9 C
Baku
Thursday, December 26, 2024

Banklar kredit faizlərindən ₼2.8 milyard gəlir əldə edib

Azərbaycandakı bankların 2024-cü ilin yanvar-noyabr aylarında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin 11 ayında bankların kreditlər üzrə faiz gəlirləri 2 807.7 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20.2% çoxdur.

Bankların 2023-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 2 336.6 milyon manat təşkil etmişdir.

Yanvar-noyabr ayında faizlər üzrə xərcləri isə 1 091.2 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

Son xəbərlər
Digər xəbərlər