Azərbaycandakı 26 bank 2023-cü ilin yanvar-iyul aylarında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin 7 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1,456.9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19.3% çoxdur.
Bankların 2022-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 1,220.9 milyon manat təşkil etmişdir.
Ötən il faizlər üzrə xərcləri isə 478.3 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 352.6 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.