12 C
Baku
Monday, November 18, 2024

Banklar kredit faizlərindən 2 milyard manata yaxın gəlir əldə ediblər

Azərbaycandakı bankların 2023-cü ilin yanvar-sentyabr aylarında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin 9 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1,903.1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.

Bankların 2022-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 1,597.3 milyon manat təşkil etmişdir.

Yanvar-sentyabr aylarında faizlər üzrə xərcləri isə 628.7 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 467.4 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

Son xəbərlər
Digər xəbərlər