14 C
Baku
Thursday, November 27, 2025

Banklar kredit faizlərindən 3 milyard manatdan çox qazandı

Azərbaycandakı bankların 2025-ci ilin yanvar-oktyabr ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk 10 ayında bankların kreditlər üzrə faiz gəlirləri 3 milyard 235 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28.4% çoxdur.

Bankların 2024-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 2 milyard 519 milyon manat təşkil etmişdir.

Cari ilin yanvar-oktyabr ayında faizlər üzrə xərcləri isə 1 milyard 508 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

Son xəbərlər
Digər xəbərlər