Azərbaycandakı bankların 2025-ci ilin yanvar-mart ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk 3 ayında bankların kreditlər üzrə faiz gəlirləri 897.8 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur.
Bankların 2024-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 729.1 milyon manat təşkil etmişdir.
Cari ilin yanvar-mart ayında faizlər üzrə xərcləri isə 399 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.