Banklar kredit faizlərindən gəliri 2 milyard manata yaxınlaşıb

Azərbaycandakı bankların 2026-cı ilin yanvar-may ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk 5 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 825 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 284.5 milyon manat və ya 18.5% çoxdur.

Bankların 2025-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 1 milyard 541 milyon manat təşkil etmişdir.

Cari ilin yanvar-may ayında faizlər üzrə xərcləri isə 831.9 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər