10 C
Baku
Wednesday, December 11, 2024

Banklar kredit faizlərini qaldırmağı planlaşdırır

Banker.az-ın verdiyi məlumata görə, dolların qiymətinin qalxması ilə bağlı banklar çətin bir vəziyyətə düşüblər. Bu həm kreditlərin ödənilməsində yaşanan problem , həm də kredit faizlərinin artıq gəlirli olmaması ilə əlaqədardır. Qeyd edək ki, bu il qeyri rəsmi informasiyalara əsasən ölkədə inflyasiyanın həcmi 15% -dən artıq olacaq və bu şəraitdə kreditlərin köhnə faizlə verilməsi son nəticədə banklara ciddi maddi ziyan vura bilər . Bu səbəbdən artıq banklar kredit faizlərində bu məsələləri nəzərə almaqla yeni kredit faizləri təklif etmək niyyətindədirlər.

Dollar kreditlərinin qiymətində az faiz artımı və ya dəyişməz qalması gözlənilir.

Manat kreditlərinin isə faizinin qaldırılması qaçılmazdır. Bu ola bilər komisiya haqqlarının artırılması ilə də əvəz olunsun – son nəticədə ümumi FİFD artacaq.

 

Son xəbərlər
Digər xəbərlər