7 C
Baku
Tuesday, December 3, 2024

“Banklar kredit verəndə ekoloji məsələlərə diqqət yetirməlidir”

Azərbaycan bankları kredit verəndə iqtisadi amillərlə yanaşı, ekoloji məsələlərə də diqqət yetirməlidir.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Bakıda keçirilən, “Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı”na həsr olunmuş konfransda bildirib.

Onun sözlərinə görə, hazırda maliyyə vəsaitlərinin ayrılması zamanı ekologi göstəriclərə nəzər yetirmək zəruri hala çevrilib: “Bu istiqamətdə addımlar təkcə karbon emissiyalarını azaltmayacaq, həm də Azərbaycanın iqtisadi dayanıqlılığını gücləndirəcək”.

Nazir müavini əlavə edib ki, noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu sahədə vacib rol oynayacaq: “Azərbaycanın iqlim təşəbbüsləri göstərir ki, o, təkcə milli səviyyədə deyil, həm də qlobal miqyasda “yaşıl iqtisadiyyat”a keçiddə mühüm rol oynayır”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər