28 C
Baku
Saturday, July 27, 2024

“Banklar kredit verməkdə maraqlı deyillər”

Hazırki şəraitdə müşahidə olunan budur ki, banklar və bank olmayan kredit təşkilatları kredit verməkdə maraqlı deyillər, iqtisadçı ekspert Rəşad Həsənov belə düşünür

Parlamentin plenar iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi qəbul edilib. Yeni qanuna əsasən kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, bu beynəlxalq təcrübədə geniş yayılmış metodlardan biridir: “İnkişaf etmiş ölkələrdə kredit əlçatanlığının artırılmasının mühüm metodlarından hesab edilir. Bu müsbətə doğru atılmış addım kimi qiymətləndirilməlidir”. “Son 1 il 2 ay ərzində bankların kredit portfelində 5 milyarda yaxın azalma baş verib. Hazırki şəraitdə müşahidə olunan budur ki, banklar və bank olmayan kredit təşkilatları kredit verməkdə maraqlı deyillər. Onlar vəsaitlərini Mərkəzi Bankın qısa müddətli notlarına yatırmaqla faiz gəliri götürmək istəyirlər” – deyə o Sputnik Azərbaycan-a bildirib.

 

Son xəbərlər
Digər xəbərlər