Bankların kreditdən faiz gəlirləri artıb, depozit üzrə faiz xərcləri azalıb

Azərbaycanda 30 bank üzrə 2019-cu ilin yanvar-oktyabr ayları ərzində faiz gəliri 1 milyard 592,3 milyon manat, faiz xərcləri isə 454,1 mln. manat təşkil etmişdir. Bununla da bankların xalis faiz gəliri 1 milyard 89,8 milyon manat təşkil etməsi deməkdir. Halbuki, ötən ilin eyni dövründə bu göstərici 14 faiz daha az, 956  milyon manat təşkil etmişdi.

Banker.az bu barədə A.R. Maliyyə Bazarlarına Nəzarət Palatasının banklar üzrə icmal göstəricilərinə istinad edir.

Bunun əsas artma səbəbi bankların kreditlər üzrə faizləri bir qədər Mərkəzi Bankın faiz qərarlarına ilə yanaşı daha az endirməsi,  əvəzində isə depozitlərin faizləri kəskin fərqlə azaltmasına gətirmişdir. Belə ki, banklar cari ilin ilk 10 ayında sırf kreditlərdən 1 milyard 154,1 milyon manat əldə etməklə illik artıma nail olmuşlar. Bankların depozitlər üzrə ödənişi isə cəmi 309,6 mln. manat təşkil edib, bu illik müqayisədə 37% daha az ödəniş etməsi deməkdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları