Azərbaycandakı bankların 2026-cı ilin yanvar ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk ayında bankların kreditlər üzrə faiz gəlirləri 356.3 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61.4 milyon manat və ya 21% çoxdur.
Bankların 2025-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 294.9 milyon manat təşkil etmişdir.
Cari ilin yanvar ayında faizlər üzrə xərcləri isə 165.7 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.





