Azərbaycanda banklar tərəfindən verilən kreditlərin cəmi faiz dərəcəsi 1 iyun 2019-cu il tarixində 11,8% təşkil edib ki, milli valyuta – manatla verilən kreditin prta faiz dərəcəsi isə 14,3% (2018-ci ilin eyni dövründə 13,6% idi) təşkil edib.
Banker.az Azərbaycan Mərkəzi Bankının 2019-cu ilin 5-ci ayına açıqladığı statistik bületnə istinadən xəbər verir ki, manatla ən aşağı orta faiz dərəcəsi Naxçıvan iqtisadi rayonu üzrə qeydə alınıb. Belə ki, burada orta faiz dərəcəsi 11%-dir hazırda. Ötən il isə bu rəqəm 8,5% təşkil edirdi. Lakin, bu rəqəm uzunmüdətli kreditlərin hesabına baş verir. Adıçəkilən iqtisadi rayonda, qısa-müddətli kredit faizləri 17,1% və uzunmüddətli kredit faizləri isə 10,8% təşkil edir.
Ölkə üzrə manatla ən yüksək kredit faizləri isə Yuxarı Qarabağ iqtisadi rayonunda qeydə alınıb. Bu regionda hazırda mantda orta kredit faizləri 24,2% təşkil edir.