10 C
Baku
Tuesday, November 26, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Banklar mikro kreditləri hansı şərtlərlə təklif edirlər? – SİYAHI

Banklar mikro kreditləri hansı şərtlərlə təklif edirlər? – SİYAHI

0
Banklar mikro kreditləri hansı şərtlərlə təklif edirlər? – SİYAHI

Kreditləşmə bazarında müəyyən səngimələr müşahidə edilsədə, hazırda banklar tərəfindən məhsulların aktivləşdirilməsində aktivlik müşahidə olunur. Bu canlanma həm istehlak kreditlərində, həmdə biznes kreditlərinin təklifində özünü biruzə verir.

Əvvəlki Bazar araşdırmalarımızda İstehlak məqsədli kreditlərin şərtlərini sizlərə təqdim etmişdik. Bu dəfəki araşdırma biznes məqsədilə rəsmiləşdirilən mikro kreditlərin şərtləri barədədir. Adından da göründüyü kimi mikro kreditlər – məbləği KOS (kiçik və orta sahibkarlıq) kreditlərinə nisbətdə kiçik ölçüdə (maksimum 30 000 AZN civarında) olmaqla, xırda biznes sahiblərinin bizneslerini genişləndirmək üçün nəzərdə tutulan və rəsmiləşmə prosesi nisbətən sadə olan kreditlərdir. Bu kreditlər devalvasiyalardan öncə əsasən USD valyutasında rəsmiləşdirilirdi. Təbii olaraq banklar bu tip kreditlərin verilməsiylə bağlı sonradan ciddi problemlərlə üzləşdirlər, səbəb isə kredit götürən müştərilərin rəsmi gəlirlərinin olmaması və devalvasiyaların onların ödəniş qabiliyyətlərinə ciddi təsir etməsi ilə bağlı idi. Hal-hazırda durğunluq dövründə bu tip kreditlər barmaqla sayılacaq qədər az bankda təklif edilir. Bəzi Banklar krediti yalnız AZN valyutasında bəziləri isə hər iki valyutada təklif edir.  Aşağıda həmin Banklar və onların müvafiq məhsul üzrə şərtləri qeyd edilmişdir. Diqqət çəkən məqam ondan ibarətdir ki, bu kreditlər girovsuz rəsmiləşdirilmir və girovun növü  kredit şərtlərinə birbaşa olaraq təsir edir. Belə ki, girov qismində daşınmaz əmlak çıxış etdikdə kreditin məbləği yüksək, müddəti uzunmüddətli, faiz və komissiyası isə aşağı olur. Girov qismində digər subyektlər (rəsmi gəliri olan fiziki şəxsin zaminliyi, daşınar əmlak, qızıl əşyaları və s.) çıxış etdikdə isə kredit nisbətən əlverişsiz şərtlərlə təklif edilir. Ümid edirik ki, bu araşdırma mikro kredit əldə edərək bisnesini genişləndirmək məqsədi olan müştərilər üçün faydalı olacaqdır.

Cədvəl 1

Bank Valyuta Məbləğ Müddət
Daşınmaz əmlak girovu Digər girov Daşınmaz əmlak girovu Digər girov
AccessBank AZN / USD 300 USD – 30 000 USD
* AZN ekvivalenti
AZN: 6 -24 ay
USD: 6- 60 ay
Bank Respublika AZN / USD 500 AZN – 20 000 AZN
*USD ekvivalenti
500 AZN – 10 000 AZN
*USD ekvivalenti
24 ayadək 18 ayadək
Bank of Baku AZN 20 000 AZN-dək Qızıl girovu – 20 000 AZN-dək
Zaminlik – 10 000 AZN-dək
36 ayadək 24 ayadək
ExpressBank AZN 30 000 AZN-dək Qızıl girovu – 30 000 AZN-dək
Zaminlik – 5 000 AZN-dək
30 ayadək 24 ayadək
TBC Kredit AZN / USD AZN – 15 000 AZN-dək
USD – 30 000 USD-dək
AZN – 15 000 AZN-dək
USD – 10 000 USD-dək
AZN – 36 ayadək
USD – 60 ayadək
AZN – 36 ayadək
USD – 60 ayadək
Unibank AZN 10 000 AZN-dək 15 000 AZN-dək 24 ayadək 24 ayadək

 


Cədvəl 2

Bank İllik faiz dərəcəsi Kreditin komissiyası
Daşınmaz əmlak girovu Digər girov Daşınmaz əmlak girovu Digər girov
AccessBank AZN – 28%
USD – 19%
 12 ayadək – 1%
 13-18 ay – 1.5%
19-24 ay – 2%
Bank Respublika AZN – 28%
USD – 12%
AZN – 31%
USD – 15%
*təkrar müştərilərə 2% endirim edilir
0%

 

         *Kampaniya endirimi

0%

 

*Kampaniya endirimi

Bank of Baku 26% – 28% 27% – 32% 1% 1%
ExpressBank 25%-dən başlayaraq 30% 1% 2%
TBC Kredit AZN: 30%-32%
USD: 18% – 22%
AZN: 32%-40%
USD: 20% – 26%
AZN – 1.5%
USD – 0.5%
AZN: 1.5%-2%
USD: 0.5% – 1%
Unibank 28% 30% – 33% 1% 2%